Sabah səhər saatlarından Bakının Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsindəki yerüstü piyada keçidindən Biləcəri-Baksol yoluna qədər avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sabah səhər saatlarından Bakının Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsindəki yerüstü piyada keçidindən Biləcəri-Baksol yoluna qədər avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Sabah bu yol bağlı olacaq

Sabah səhər saatlarından Bakının Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsindəki yerüstü piyada keçidindən Biləcəri-Baksol yoluna qədər avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə AzNews.az-a “Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumata görə, məhdudlaşma asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır.

"Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarına qədər tətbiq ediləcək", - deyə məlumatda qeyd edilib.