Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Anar Məsimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Anar Məsimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İşdən evə gec gəldiyinə görə bacısını öldürüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Anar Məsimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində A.Məsimovun atası Akif Məsimov ifadə verib.

Akif Məsimov həmçinin qızı öldüyü üçün hüquqi varis kimi tanınıb.

O, oğlu ilə qızının tez-tez mübahisə etdiyini deyib. Akif Məsimov oğlunun psixoloji probleminin olduğunu bildirib.

Təqsirləndirilən Anar Məsimov isə ifadəsində bacısının evdən tez-tez getdiyini və buna görə də mübahisələrinin yarandığını qeyd edib.

Proses dekabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, A.Məsimov evə gec gəldiyi üçün bacısı Nigar Məsimova ilə mübahisə edib və onu bıçaqlayıb.

Hadisə Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında baş verib. Bakı şəhər sakini 31 yaşlı A.Məsimov qısqanclıq zəminində bacısı 32 yaşlı N.Məsimovanı qətlə yetirib.

Məlumata görə, N.Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş. A.Məsimov bacısına işdən evə gec gəldiyinə görə xəbrdarlıq edib.

Növbəti dəfə isə irad bildirilərkən bacısı ilə mübahisə edib. N.Məsimovanın qardaşına kobud cavab verməsi A.Məsimovu qəzəbləndirib. O, mətbəx bıçağı ilə bacısını bir neçə zərbə vuraraq onu qətlə yetirib.

Hadisədən sonra evi tərk edən A.Məsimov Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

AzNews.az