Azərbaycanda seçkilər zamanı seçki məntəqəsinin girişində seçicinin şəxsiyyətinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanması qaydası ləğv edilir. Azərbaycanda seçkilər zamanı seçki məntəqəsinin girişində seçicinin şəxsiyyətinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanması qaydası ləğv edilir.

Seçicilər girişdə yoxlanmayacaq - Qayda dəyişdi

Azərbaycanda seçkilər zamanı seçki məntəqəsinin girişində seçicinin şəxsiyyətinin müəyyənləşdirilməsi və sənədlərinin yoxlanması qaydası ləğv edilir.

APA-nın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 104-cü (Səsvermə qaydası) maddəsinin 7-ci bəndi ləğv olunur.

Hazırda qüvvədə olan bənd belədir: "Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır".

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az