“Uşaqlar üçün satılan “Aquadok” dərmanının yalnız laboratoriya yoxlamasından sonra saxta olub-olmadığını iddia etmək olar”. “Uşaqlar üçün satılan “Aquadok” dərmanının yalnız laboratoriya yoxlamasından sonra saxta olub-olmadığını iddia etmək olar”.

“Aquadok” dərmanı təcili yoxlanılmalıdır - Tibbi ekspert

“Uşaqlar üçün satılan “Aquadok” dərmanının yalnız laboratoriya yoxlamasından sonra saxta olub-olmadığını iddia etmək olar”.

Bunu AzNews.az-a açıqlamasında tibbi ekspert, professor Aqil Qeybulla “Aquadok” dərmanı ilə bağlı irəli sürülən ittihamlara münasibət bildirərkən deyib. O, qeyd edib ki, Səhiyyə Nazirliyinin Dərman maddələrinin dövlət reyestri xidməti var və ölkəyə gətirilən bütün dərmanların qeydiyyatı aparılır:


“Həmin vətəndaş yaxşı olar ki, Şəhiyyə Nazirliyinin İnnovasiya Mərkəzinə müraciət eləsin. Yalnız orada yoxlamadan sonra həmin dərmanın saxta olub-olmadığı təsdiqlənə bilər. Bu, həmin vətəndaşın hüququdur. Ümumiyyətlə, Azərbaycan dərman bazarında parametrlərə uyğun olmayan, aşağı keyfiyyət parametlərinə uğun olan xeyli dərmanlar var. Dəfələrlə deyilsə də, bu hal aradan qaldırılmır”.

Qeyd edək ki, uşaqlar üçün satılan “Aquadok” dərmanının saxta olduğu iddia edilib. Sosial şəbəkədə vətəndaş Kamal Heydərov bildirib ki, uşaqlara burun üçün sprey olan “Aqualor” almaq istəyərkən satıcı ona həmin dərmanın alternativi olan “Aquadok” təklif edib. O, həmin dərmanla bağlı məlumatları öyrənmək üçün üzərində yazılan aquadok.com. saytına daxil ola bilməyib.

Bahar RÜSTƏMLİ
AzNews.az