Nəsimi Rayon Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni FədayəLaçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. Nəsimi Rayon Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni FədayəLaçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

Fədayə Laçın həbsdə qaldı - Onda "Hepatit C" aşkarlandı + Yenilənib

Nəsimi Rayon Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni FədayəLaçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb.

APA-nın məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclas Fədayə Laçının iştirakı ilə baş tutub.

İclasda qərar qəbul edilib. Qərara görə, vəsatət təmin edilməyib.

Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. FədayəLaçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.

12:43

***

AzNews.az Report-a istinadən xəbər varir ki, Fədayə Laçının vəkili qeyd edib ki, Fədayə Laçın "Hepatit C" xəstəliyindən əziyət çəkir: "Apellyasiya şikayətimiz təmin edilməsə onun saxlanıldığı təcridxanadan müalicə müəssisəsinə köçürülməsi üçün müraciət edəcəyik".