"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qonaqlarını xüsusi proqramla qarşılayır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qonaqlarını xüsusi proqramla qarşılayır.

İçərişəhərin Yeni İl proqramı - "Qış Qalası"

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qonaqlarını xüsusi proqramla qarşılayır.

Azərbaycanda turistlərin ən çox təşrif buyurduğu məkan sayılan İçərişəhər Yeni İl ərəfəsində qonaqlarını xüsusi proqramla qarşılayır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu məqsədlə İçərişəhərdə "Qış Qalası" yeni il festivalı başlayıb.

Paytaxtın bayram əhvalına öz töhfəsini vermək məqsədilə təşkil olunan ənənəvi "Qış Qalası" yeni il festivalı dekabrın ilk günündən öz qapılarını yenidən qonaqların üzünə açıb.
Maraqlı suvenirlər, orijinal əl işləri və yeni il atributlarının satıldığı sehirli "Qış Qalası" evcikləri artıq öz ziyarətçilərini qarşılamağa hazırdır. Dekabr ayının 1-dən yanvarın 15-dək festivalı ziyarət etməklə uşaqlarınızın əyləncəlianimasiya proqramında iştirak etməyinə şərait yarada, eləcə də müxtəlif müsabiqələrdə iştirak edib hədiyyələr qazana, ləziz isti qəlyanaltılar, şirniyyat və içkiləri dada bilərsiniz.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu dəfə Bakı sakinlərini və şəhərimizin qonaqlarını təkcə Qoşa Qala qapısı meydanına yox, həm də Qız qalası meydanında təşkil olunan rəngrəng yeni il festivalında iştirak etməyə dəvət edir.

Lalə Nurəddinqızı

AzNews.az