Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi "Mən həyatı seçirəm” layihəsi çərçivəsində Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Sağlam həyat tərzi” mövzusunda tədbir keçirib. Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi "Mən həyatı seçirəm” layihəsi çərçivəsində Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Sağlam həyat tərzi” mövzusunda tədbir keçirib.

“Sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib - Fotolar

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi "Mən həyatı seçirəm” layihəsi çərçivəsində Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) "Sağlam həyat tərzi” mövzusunda tədbir keçirib.

Tədbiri giriş sözü ilə Kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov açaraq bildirib ki, hər bir kəs, xüsusən də gənclər sağlam həyat tərzinə üstünlük verməli, zərərli vərdişlərdən uzaq durmalıdır. X.Məcidov qeyd edib ki, tibb elmi nə qədər inkişaf etsə də bütün xəstəliklərdən insanları xilas edə bilməz. Onun sözlərinə görə, insan öz sağlamlığının yaradıcısıdır və bu sağlamlıq uğrunda daim mübarizə aparmalıdır.

Direktor müavini tədbirdəki gənclərə səslənərək bildirib ki, sağlamlığı qorumaq üçün erkən yaşlardan fərdi həyat tərzi sürmək, bədən tərbiyəsi və idmanla məşğul olmaq, bədəni möhkəmləndirmək, şəxsi gigiyena normalarına riayət etmək, müxtəlif emosiyaları cilovlamağı bacarmaq lazımdır. Bununla yanaşı, alkoqol və narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək, düzgün qidalanmaq, yəni düşünülmüş şəkildə sağlamlığın əsl harmoniyasına nail olmaq gərəkdir.

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva təmsil etdiyi qurum tərəfindən həyata keçirilən "Mən həyatı seçirəm” layihəsi barədə ətraflı məlumat verib. Bildirib ki, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Azərbaycanın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular barədə layihələr reallaşdırılır. Onun sözlərinə görə, hazırda kollecdə keçirilən tədbir də bu məqsədə xidmət edir.

Tədbirdə "Sağlam ailə tibb mərkəzi”nin həkim-ginekoloqu Nuridə Zeynalova və Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nigar Rüstəmli tələbə gənclərlə sağlam həyat tərzi, reproduktiv sağlamlıq, erkən nikahın fəsadları, ailə planlaşdırması, nikahdan əvvəl tibbi müayinənin, həmçinin uşaqların ana südü ilə qidalanmasının əhəmiyyəti, qeyri-infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə, ziyanlı vərdişlərin yaratdığı fəsadlar mövzusunda müzakirələr aparıb, tövsiyələrini çatdırıblar.

Sonda tələbələrə müzakirə edilən mövzulara dair məlumat xarakterli bukletlər paylanıb.

image description image description