Siyəzən rayonunda yanmış vəziyyətdə olan kişi meyiti tapılıb. Siyəzən rayonunda yanmış vəziyyətdə olan kişi meyiti tapılıb.

Yanmış kişi meyiti aşkarlandı

Siyəzən rayonunda yanmış vəziyyətdə olan kişi meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, meyit dəniz kənarında yerləşən vaqonda aşkarlanıb.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Siyəzən şəhər sakini, 1955-ci il təvəllüdlü Arif Quliyev olduğu müəyyənləşib.

Gözətçi olan A.Quliyevin gecə saatlarında vaqonun odun sobasından alışaraq yanması nəticəsində öldüyü müəyyənləşib.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az