Bakıda Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ödəniləcək rüsum məlum olub. Bakıda Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ödəniləcək rüsum məlum olub.

Şaxta baba olmaq üçün qiymət açıqlandı

Bakıda Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ödəniləcək rüsum məlum olub.

Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov özəl olaraq Trend-ə bildirib ki, paytaxtda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərən cütlüklər bunun üçün 60 manat rüsum ödəməlidirlər.

Ə.Bağırov deyib: "Həmin rüsum ödəniləndən sonra onların fəaliyyətinə icazə verilir. Hazırda bununla bağlı bir neçə müraciətə baxılır".

Xatırladaq ki, hər il ölkə ərazisində Yeni il münasibəti ilə dekabrın sonlarından başlayarq meydanlarda və parklarda quraşdırılan yolkaların yanında Şaxta baba və Qar qız cütlüyü fəaliyyət göstərir. Cütlük təxminən 1 ay xidmət göstərir.

AzNews.az