Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır.

Azərbaycanda "halal otel"lər yaradılır - Video

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, layihədə halal xidmət təklif edən mehmanxanalara ümumi tələblər qoyulub. Bu tələblərə görə, halal xidmət göstərən mehmanxanalar müştərilərinə təqdimat zamanı verilən öhdəlikləri yerinə yetirilməlidirlər. Qonaqları aldatmağa yönələn reklam, kampaniya, qiymətlərə yol verilməməli, xidmətlərə, qonaqların dini həssaslıqlarına maksimum diqqət göstərilməlidir.

Layihənin müəlliflərindən biri, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərovun sözlərinə görə, sanitariya-gigiyena üzrə tələblərin gözlənilməsi üçün istifadə edilən kimyəvi maddələr və materiallar halal sahədə istifadəyə uyğun olmalıdır.

Məhrəm bölgələrdə otaqlar, duş yeri, hovuzlar, masaj salonları, soyunma otaqlarında video və səs qeydi aparılmamalı, kişi və qadınlar üçün ayrıca müəyyən edilən sahələrdə həmcins işçilər xidmət etməlidir. İşçilər müəyyənləşdirilmiş qaydada tibbi baxışlardan keçirilməli və onların fəaliyyəti sanitariya-gigiyena normalarının tələblərinə uyğun olmalıdır. Mehmanxana işçilərinin geyimləri İslam əxlaqına zidd olmamalıdır.

Layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti isə 5 ildir.