Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məhkəməyə müraciət edərək “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin məcburi ləğv olunması və iflas proseduruna başlanılmasını tələb edib. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məhkəməyə müraciət edərək “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin məcburi ləğv olunması və iflas proseduruna başlanılmasını tələb edib.

Məhkəmə Maliyyə Palatasının qərarını rədd etdi

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məhkəməyə müraciət edərək “Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin məcburi ləğv olunması və iflas proseduruna başlanılmasını tələb edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, MBNP-nin ərizəsinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və iddia mümkün sayılmayıb. Bununla da, ASC-nin məcburi ləğvindən imtina edilib.

Palata qərardan narazı qalıb və apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrliyi ilə baxılıb və qərardad qüvvədə saxlanılıb. Növbəti dəfə MBNP-yə “yox” cavabı verilib.

AzNews.az