Mərhum diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova həyat yoldaşının yoxluğundan əziyyət çəkdiyini deyib. Mərhum diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova həyat yoldaşının yoxluğundan əziyyət çəkdiyini deyib.

"Onun itkisi qızıma çox çətindir"

Mərhum diktor Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova həyat yoldaşının yoxluğundan əziyyət çəkdiyini deyib.

AzNews.az xəbər verir ki, Səbinə Hüseynova Modern.az-a açıqlamasında hazırkı vəziyyətin onun üçün çətin olduğunu deyib:

"Rafiq Hüseynovun itkisi xüsusilə qızıma çətindir. Demək olar ki, hər gün onu xatırlayıram. Hamı deyir ki, zamanla insanın yaraları sağalır. Amma hələ ki vəziyyət eynidir".

S.Hüseynova çətin də olsa, diktorla olan son söhbətindən söz açıb:

"O, daha çox qızını görmək istəyirdi. Sonuncu söhbətimiz də bu haqda olmuşdu. Hələ Bakıda reanimasiyada olanda qızını gördü və çox sevindi. Çünki həkimlər yanına buraxmırdılar. Almaniyada qalanda artıq vəziyyəti bir qədər kəskinləşdi, qızdırması qalxdı. Ona görə də huşu özündə deyildi. Sadəcə, gözləriylə baxa bilirdi. Məni görürdü, eşidirdi, amma bir şey deyə bilmirdi".

Müsahibimizin sözlərinə görə, Rafiq Hüseynovun hələ reallaşdırmaq istədiyi arzuları var idi:

"O, istəyirdi ki, zamanı tez tələsdirsin və tezliklə qızının məktəbi bitirməyini görsün. Çünki birinci sinfə də özü əlindən tutub aparmışdı. Həm də sevinə-sevinə... Buna görə də Leylini 11-ci sinifi bitirib akademiyaya daxil olmağını görmək istəyirdi. Yəni arzuları, planları var idi".

Səbinə Hüseynova "Rafiq Hüseynovun yoxluğunu ən çox nə zaman hiss edirsiniz" sualını isə bu cür cavablandırıb:

"Hər gün...".