Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib. Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Seçki Məcəlləsinə dəyişikliklər qəbul edildi

Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə Seçki Məcəlləsinə 55 dəyişiklik təklif edilir.

O qeyd edib ki, dəyişikliklərin böyük əksəriyyəti Azərbaycanda keçirilən son referendumdan sonra Seçki Məcəlləsinin Konstitusiyaya uyğunlaşdırılması ilə bağlıdır.

Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

AzNews.az