Yaşasaydı 56 yaşını qeyd edəcəkdi. Yaşasaydı 56 yaşını qeyd edəcəkdi.

Milli qəhrəman Salatın Əsgərovanın doğum günüdür

Yaşasaydı 56 yaşını qeyd edəcəkdi.

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, jurnalisti, “Molodyoj Azərbaycana” qəzetinin müxbiri olmuş Salatın Əziz qızı Əsgərovanın doğum günüdür.

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub.

1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilib.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib

Ailəli idi, bir oğlu var.