"Göyçayda 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlunun yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar etməsinin səbəbi məlum olub". "Göyçayda 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlunun yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar etməsinin səbəbi məlum olub".

25 yaşlı kişinin intihar təfərrüatı - Həyat yoldaşı ilə...

"Göyçayda 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlunun yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar etməsinin səbəbi məlum olub".

AzNews.az xəbər verir ki, kənd sakinlərinin Sonxeber.az-a verdiyi məlumata görə, Rəfael İbrahimlinin həyat yoldaşı ilə 2-3 ay əvvəl problemləri yaranıb. Aralarındakı münaqişə boşanma həddinə çatıb. Buna səbəb onun narkotikdən istifadə etməsi olub. Buna görə yoldaşı uşaqlarını götürüb atası evinə gedib. Rəfael bir müddət əvvəl narkotikə qurşanmışdı. Atası onu müalicə üçün Bakıya aparıb qanını dəyişdirmişdi. Daha sonra Bakıda iş axtarmağa başlayıb, cəhdləri uğursuz olduqdan sonra kəndə qayıtmışdı.Gələndə həyat yoldaşı və uşaqlarının atası evinə getdiyini öyrənib.Təxminən 4-5 ildir ailəlidir.

Kənd sakinlərinin sözlərinə görə, Rəfael evin tək oğlu olub, bacısı və qardaşı yoxdur. Ali təhsili yox idi, fərdi işlə məşğul idi. Atası İşıq İdarəsində işləyir, anası isə evdar xanımdır. Təxminən 2-3 aydır ailələrində münaqişə var idi. Polis dünən onları barışdırsa da yoldaşı evə qaytımayıb. Axşam saatlarında yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asıb.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında rayonun Şəhadət kəndində qeydə alınıb.Kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.