00:27
(077) 610-22-33

“TQDK-nın dərsliklərlə bağlı yanaşması düzgün deyil“

  • >
338 28 Fevral 2013 11:16 | Cəmiyyət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) orta məktəb dərsliklərinin monitorinqinin aparılması işinə yanaşması düzgün deyil. Bunu APA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov deyib.

O bildirib ki, dərsliyi qəbul olunmayan müəlliflərin bu monitorinqlərə toplanması və rəyin hazırlanması zamanı onların fikirlərində istifadə edilməsi qəbul olunmazdır. Onun sözlərinə görə, bu, prosesdə neytrallığı pozur: "Məsələn, hər bir dərsliyin hazırlanması zamanı 4 müəllif müraciət edirsə, onlardan 1-i keçirsə, digərləri keçmir. Bu gün dərsliyi keçməyənlər müəlliflərin sayı dərsliyi keçənlərin sayından 4-5 dəfə çoxdur. Onları bir yerə toplayaraq dərslikləri müzakirə etmək düzgün deyil".

BŞTİ-nin müdir müavini qeyd edib ki, TQDK bu gün qüvvədə olan dərslikləri monitorinq edir və onların istifadə edilməsinin qadağa olunması məsləhət görür: "Dərslikdən istifadənin qadağan olunması dərsin qadağan olunması deməkdir. Dərsin qadağan olunmasını isə heç kəs edə bilməz. TQDK-nın qərarı belə olmalıdır ki, hansısa nöqsanlar düzəldilsin və növbəti il dərslik hazırlığında nəzərə alınsın. Əgər dərsliklərin monitorinqi zamanı məqsəd dərsliyi qadağan etməkdirsə, o zaman münasibətin qərəzli olduğu görünür".

AzNews.az
Bağla X