Payız-qış fəsli ilə əlaqədər bəzi insanlar istirahət məqsədi ilə hamamlara üz tutur. Payız-qış fəsli ilə əlaqədər bəzi insanlar istirahət məqsədi ilə hamamlara üz tutur.

Bakıda hamamlara gedənlərin sayı artıb - Qiymətlər

Payız-qış fəsli ilə əlaqədər bəzi insanlar istirahət məqsədi ilə hamamlara üz tutur.

Xüsusən havaların soyuması Bakıda hamamlara gedənlərin sayını artıb. Bəs hamamlara giriş qiymətləri necə, cibə uyğundurmu?

Xezerxeber.az-ın məlumatına görə, Bakıda əksər hamamlarda bir nəfər üçün qiymət 12-14 manat arasında dəyişir. Hamamlarda ümumi istifadə üçün nəzərdə tutulan otaqlardan əlavə VİP otaqlar da var. Hər bir VİP otaq üçün qiymət 30-40 manat arasında dəyişir və burada fin saunası, hamam və sanitar qovşaq otağın içində olur.

Masaj, kisə və bu kimi xidmətərin qiymətləri isə müddətindən asılı olaraq 10-30 manat arasında dəyişir.

AzNews.az