17:05
(077) 610-22-33

Sabaha olan hava proqnozu

  • >
429 28 Fevral 2013 11:33 | Cəmiyyət

Bakı və Abşeron yarımadasında martın 1-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı və duman olacağı gözlənilir




Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 1-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, martın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü müsbət amil olsa da, martın 3-də arabir güclənən gilavar küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər


AzNews.az
Bağla X