Azərbaycan Texniki Universitetini bitirmiş 100-dən artıq məzun Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunub. Azərbaycan Texniki Universitetini bitirmiş 100-dən artıq məzun Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunub.

100-dən artıq məzun Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunub

Azərbaycan Texniki Universitetini bitirmiş 100-dən artıq məzun Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində işlə təmin olunub.

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov"Azərbaycan" qəzeti üçün yazdığı məqalədə qeyd edib.

"Müdafiə sənayesi sahəsinin yüksək ixtisaslı kadrlara olan tələbatının təmin edilməsi məqsədilə Müdafiə Sənayesi Nazirliyinin sifarişi ilə Azərbaycan Texniki Universitetində “Xüsusi texnika və texnologiya” fakültəsi yaradılıb. Nazirliyin sifariş verdiyi 5 müdafiə təyinatlı ixtisas üzrə bakalavr və magistr pillələrində 2012-2013-cü tədris ilindən kadr hazırlığına başlanılıb. Fakültədə təhsil alan tələbələrə praktik məşğələlərin keçirilməsi üçün Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində əyani vasitələrlə təmin olunmuş auditoriyalar yaradılıb. Fakültəni bitirən 100-dən artıq məzun Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq işlə təmin olunub, ixtisaslı kadrlar kimi fəaliyyətlərinin davam etdirilməsi və təhsil illərində əldə etdikləri biliklərin tətbiqi üçün lazımi şərait yaradılıb", - deyə nazir bildirib.