Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilində pirotexniki vasitələr aşkarlanıb. Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilində pirotexniki vasitələr aşkarlanıb.

450 qutu pirotexniki vasitə aşkarlandı

Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilində pirotexniki vasitələr aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin arxa oturacağının altında və baqajın xüsusi düzəldilmiş gizli saxlanc yerində 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.