Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün imtahan keçirilib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün imtahan keçirilib.

60-dan çox yaşı olan 6 nəfər...

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün imtahan keçirilib.

Mərkəzdən AzNews.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 990 nəfəri (32.6%) müvəffəqiyyət əldə edib.

Qeydiyyatdan keçən namizədlərin 1887 nəfəri kişi, 1153 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədləri 5 yaş intervalı üzrə kateqoriyalara bölsək, kişilər üzrə ən çox namizəd (740 nəfər - qeydiyyatdan keçənlərin təqribən 40%-i ) 25-29 yaş, qadınlar üzrə ən çox namizəd (482 nəfər - qeydiyyatdan keçənlərin təqribən 40%-i) isə 20-24 yaş intervalında olanlardır. 60-64 yaş intervalı üzrə qeydiyyatdan keçənlərin sayı 6 nəfərdir və hamısı kişilərdir. Qadınlardan isə 55-59 yaş intervalında olan 4 nəfər qeydiyyatdan keçib. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 50 yaşdan yuxarı namizədlərdən yalnız 1 nəfəri imtahanı uğurla keçib.

Ümumilikdə isə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 527 nəfəri, yəni 44.3%-i 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş kateqoriyasına aid olan 307 kişi və 220 qadın uğur qazanıb. 25-29 yaş intervalında isə cəmi 380 nəfər lazım olan balı toplaya bilib. Göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 907 nəfəri, yəni təqribən 90%-i yaşı 29-a qədər olan gənclərdir. 30-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı cəmi 83 nəfərdir. Bu onu göstərir ki, gənclər dövlət qulluğunda çalışmağa daha meyillidirlər. Son illər bu sahədə həyata keçirilən tədbirlər və yaradılan imkanlar gənclərin dövlət qulluğuna daxil olmasını stimullaşdırır. Qeyd etmək lazımdır ki, dövlət orqanları tərəfindən müsabiqəyə inzibati icraçı vəzifələr üzrə (B növü) 1249 vakant vəzifə təqdim olunub və hazırda bu proses davam edir. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər.