Yalnız gözləri görünən qadın kimdir? Yalnız gözləri görünən qadın kimdir?

Bakı metrosunda sirli qadın peyda olub

Yalnız gözləri görünən qadın kimdir?




Bakı metrosunda sirli qadın peyda olub. Müxtəlif stansiyalarda vaqonlarda daha çox içkili və yatmış vəziyyətdə görünən qadınla dünən axşam saat 19 radələrində metronun 20 Yanvar stansiyasındakı sərnişinlər arasında insident baş verib.

Mühafizə polisi dərhal müdaxilə edərək sərnişinləri öz hərəkətləri ilə narahat edən qadını saxlayıb. Qadın əvvəlcə polis əməkdaşına müqavimət göstərmək istəsə də, içkili vəziyyətdə hərəkət etməyə çətinlik çəkdiyindən polisin yardımından istifadə etməli olub.

Polis əməkdaşı qadını stansiyanın mühafizə xidməti əməkdaşlarının yanına apararaq sorğu-sual edib. Məlum olub ki, bundan əvvəl qadın digər stansiyalarda içkili vəziyyətdə sərnişinləır üçün narahatlıq yaradıb.

Sərnişinlər qadının vaqonlarda yatdığını bildiriblər. Qadın sərnişinlərin sözlərini təsdiqləyərək yatmağa yeri olmadığına görə vaqonlarda yatmaq məcburiyyətində qaldığını deyib. Ancaq polisin təkidlərinə baxmayaraq qadın üzünü örtən və ancaq gözlərini açıqda buraxan örtüyü üzündən açmayıb. Qadına metroda sərnişinlərə narahatlıq yatarmamaq barədə tapşırıq verildikdən sonra stansiyadan uzaqlaşdırılıb.

Elnarə Əlosmanqızı
AzNews.az