21:40
(077) 610-22-33

“Binə məhbusları elə təcridxanadaca dindirilir”

  • >
494 1 Mart 2013 16:55 | Cəmiyyət

"Binə hadisələrinə görə saxlananlar hazırda Bakı İstintaq Təcridxanasında saxlanılırlar və müstəntiqlər orada gəlib onlardan ifadə alır".
Bunu Modern.az-a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib. Ə.Nuriyev bildirib ki, hazırda "Konstitusiya" Araşdırmalar Fondunun və ATƏT-in saxlanma yerlərinin monitorinqi 2013-cü il" layihəsini həyata keçirirlər.


"Biz layihə çərçivəsində Bakı İstintaq təcridxanasında olmuşuq və orada Binə hadisələri zamanı barəsində həbs qəti-imkan tədbiri seçilmiş və cinayət işi başlanmış şəxslərin bir qrupu ilə görüşmüşük. Biz onların yalnız saxlanma şəraiti ilə tanış oluruq. Onların istintaq işlərinin vəziyyətinin nə yerdə olmasına gəlincə, bizim istintaqla bağlı məsələlərə qarışmaq hüququmuz yoxdur. Görüşümüz zamanı onların həmin təcridxana ilə bağlı hər hansı bir qeyri-insani, pis rəftarla bağlı şikayətləri olmayıb. Söhbət etdiklərimizin hər biri vəkillərin onlara təqdim edildiyini demişdi. Eyni zamanda onlara ürəkləri istədiyi vəkili seçmək hüququnun olduğunu demişik".

"Konstitusiya" Araşdırmalar Fondunun sədri İsmayıllı hadisələrinə görə saxlanan şəxslərin vəziyyəti ilə bağlı hələki görüşmədiklərini deyib. Onun sözlərinə görə, gələcək monitorinqlərdə orada da olacaqlar.

"Mütəmadi olaraq müxtəlif saxlanma yerlərinə gedirik və güman edirəm ki, növbəti monitorinqlər zamanı orada saxlanan şəxslərlə görüşlərimiz olacaq. Biz şəxsiyyətindən asılı olmayaraq istənilən saxlanan şəxsin hansı şəraitdə saxlanması, rəftar olunması və qida verilməsinin necə olması ilə monitorinq keçiririk, müvafiq rəylər hazırlayırıq".

AzNews.az
Bağla X