Əlövsət Baxışov “Şöhrət” ordeni ilə təltif edildi



Prezident İlham Əliyev Əlövsət Məmmədşah oğlu Baxışovu "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. AzNews.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Əlövsət Baxışov Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə bu mükafatla təltif edilib.