23:34
(077) 610-22-33

Elşad Abdullayevin növbəti qurbanı olan prokuror kimdir?

  • >
585 1 Mart 2013 23:29 | Cəmiyyət

Sabiq rektordan 700 min manat alan prokuror istintaqa cəlb edildi



ABU-nun sabiq rektoru Elşad Abdullayev danışıqlar apardığı şəxslərlə bağlı gizli videoçəkilişləri ictimailəşdirəndən sonra yaradılan istintaq qrupu daha bir prokuroru istintaqa cəlb edib.

Aznews.az-ın əldə etdiyi məlumata görə, Binəqədi rayonunun keçmiş prokuroru Mirələkbər Seyidov bu gün Baş Prokurorluğa dəvət edilərək, üç saat müddətində dindirilib və ölkəni tərk etməməsi barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb.

Bildirilir ki, M.Seyidovun istintaqa cəlb edilməsinin səbəbi onun Elşad Abdullayevdən 700 min manat pul almasıdır. M.Seyidov Azərbaycan Beynəlxalq Universitetinin sənədlərinin qaydasına salınması, əmlakının özəlləşdirilməsi, həmçinin ABU-ya qeyri-qanuni qəbul və tələbələrin rüşvət müqabilində qiymət alması ilə bağlı prokurorluğa daxil olan şikayətləri həll etmək məqsədi ilə 700 min manat pulu alaraq, mənimsəyib.

Məlumat üçün qeyd edək ki, hələ ötən ilin noyabr ayında Ağdaş rayon prokuroru olmuş M.Seyidovun (o, Binəqədi rayonundan sonra Ağdaş rayon prokuroru təyin edilmişdi-müəllif) E.Abdullayevlə əlaqələri və qeyri-qanuni əməllərinə görə həbs olunduğu xəbəri yayılsa da, Prokurorluq bu məlumatı təkzib etmişdi. Xatırladaq ki, M.Seyidov Ağdaş rayon Prokurorluğunda istintaq olunan konkret cinayət işi üzrə Cinayət-Prosessual qanunvericiliyin tələblərini pozmaqla hərtərəfli, tam və obyektiv istintaqın aparılmasını təmin etmədiyi, süründürməçiliyə və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə ötən ilin oktyabr ayında tutduğu vəzifədən azad edilib. Təsdiqlənməyən, qeyri-rəsmi xəbərə görə, onun vəzifədən uzaqlaşdırılmasının əsl səbəbi Binəqədi rayon prokuroru olarkən E.Abdullayevdən pul mənimsəməsidir.

Mövzu ilə əlaqədar Baş Prokurorluğun münasibətini öyrənməyə çalışacağıq.

Azər
AzNews.az

Bağla X