06:11
(077) 610-22-33

Dövlət Yol Polisi İdarəsindən reperə cavab: “Ağzına gələni yazmasın“

  • >
455 2 Mart 2013 10:17 | Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev AzadliqRadiosuna açıqlamasında Dado ləqəbiylə tanınan reper Səid Əliyevin yol polisiylə bağlı repinə münasibət bildirib:

"Təkcə yol polisinin deyil, adi vətəndaşın da bu repə münasibəti müsbət ola bilməz. kimsə öz cavanlığından istifadə edib . Məncə, bütün sürücülərin də həmin repə münasibəti xoş deyil. Repin əvvəlində yol polisinə sifəti qara olan insan deyilir. Günün, yağışın, qarın altında dayanmaqdan qaralır yol polisi. Reper getsin bircə gün günün altında qalsın görək rəngi qaralır, ya yox. Bu onun yol polisinin əməyinə, zəhmətinə verdiyi qiymətdir?!"

Qeyd edək ki, bir neçə gün əvvəl Dadonun qardaşı açıqlamasında reperin məhz "Y.P.X avtoş" adlı mahnıya görə həbs olunduğunu bildirib:

"Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları onun maşınına baxış keçirib. Hər şey qaydasında olsa da, bir müddətdən sonra repçi polis əməkdaşları tərəfindən saxlanılıb. Onu Nəsimi Rayon Polis İdarəsinə aparıblar. Hazırda Binəqədi təcridxanasında saxlanılır və 10 gün qalacağı deyilir"

AzNews.az
Bağla X