06:02
(077) 610-22-33

Elmar Hüseynovun qəbri ziyarət edildi - FOTOLAR

  • >
325 2 Mart 2013 14:42 | Cəmiyyət


"Monitor" jurnalının baş redaktorunun qətlə yetirilməsindən 8 il ötür. AzNews.az-ın məlumatına görə, bu münasibətlə ictimaiyyət nümayəndələri Elmar Hüseynovun qəbrini ziyarət ediblər. Ziyarətə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Qanun nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu, AXP sədri Pənah Hüseyn, Turan informasiya agentliyinin rəhbəri Mehman Əliyev və bir qrup gənc qatılıblar.

Elmar Hüseynovun məzarı başında çıxış edən Şahbaz Xuduoğlu bildirib ki, Azərbaycandakı aparılan istinaq işi obyektiv deyil. Onun sözlərinə görə, Türkiyənin istintaq qrupu Elmar Hüseynovun qətlinin səbəblərini araşdırıb və nəticələri Azərbaycan tərəfinə təhvil veriblər: "Azərbaycan hökuməti isə bu nəticələr barədə məlumat vermir".

Ş.Xuduoğlu deyib ki, Elmarın qətlinin üstü açılsa da, biz yenə onun qəbri üzərində onu anacağıq.

Sonra çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər jurnalist qətlindən sarsıldığını deyib: "8 il əvvəl biz Elmarı itirdik. İtkinin böyüklüyündən şok yaşadıq. 8 ildir ki, Elmarın xatirəsini yad edirik. Yaşadıqca bu ənənəni davam etdirəcəyik. Qətlin üstü açılsa belə, bura gələcəyik. Sadəcə, bura gəlib deyəcəyik ki, qatillər cəzasını aldı, ruhun şad olsun, Elmar. Elmar Hüseynovun atasının qarşısında baş əyirəm. O, Elmar kimi bir övlad yetişdirib. Digər tərəfindən də qətlə yetirilmiş oğlunun ruhu qarşısında dik dayana bilmək də hər kişinin, hər atanın işi deyil. Tanrı Elmarın ruhunu şad etsin. Tanrı bu yolu davam etdirən cəsarətli jurnalistlərə kömək olsun".

İlkin
AzNews.az


Bağla X