04:02
(077) 610-22-33

Elşad Abdullayevdən yeni ilginc açıqlamalar

  • >
343 3 Mart 2013 19:40 | Cəmiyyət

Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayev itkin düşmüş qardaşı Mahir Abdullayevin hüquqlarını müdafiə edən ictimai komitənin fevralın 27-də yaydığı video ilə bağlı açıqlama verib. Həmin videoda Elşad Abdullayevin Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim olunan Səftər Kələntərovla söhbəti yer alır.

Azadlıq" qəzetinin məlumatına görə, Elşad Abdullayev video ilə bağlı belə açıqlama verib: "Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun əməkdaşlarının son video görüntüləri bir daha göstərir ki, ölüm eskadronun üzvləri – Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat dövlətin gücündən istifadə edir. Məlumdur ki, Ramiz Mehdiyevin və general Vaqif Axundovun icazəsi olmadan XDMX-nin əməkdaşları heç vaxt mənim yanıma gələ bilməzlər. Onlar özlərini aşağıdakı kimi təqdim ediblər, mən də hesab edirəm ki, həqiqət belədir:

Səftər Kələntərov. XDMX-nin işçisi, əvvəllər MTN əməkdaşı olub. Mənimlə dəfələrlə hərbi formada görüşüb. Naxçıvanın Nehrəm kəndindəndir.

Natiq. XDMX-nin əməkdaşı, əvvəllər Namiq Abbasovun (sabiq milli təhlükəsizlik naziri) köməkçisi olub. Göyçaylıdır.

Sahib. "Kəkilli Sahib" kimi tanınır. MTN-in 7-ci idarəsinin əməkdaşı. Cəlilabadlı.

Yasir. Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, mayor. Adam oğurluğunda pul işlərinə baxır. Naxçıvanlı.

Şahin. "Şahin Cəlilabadski" kimi tanınır, dövlətin "vorzakonu", "killer". Cəlilabad şəhərinin mərkəzində yerləşən orta məktəblə üzbəüz yaşayır.

Bu şəxslərin hamısı qanunsuz silah gəzdirir. Bandanın hazırda həbsdə yatan Arzu Kazımovla əlaqəsi var. Eyni vaxtda bir neçə dəfə mənimlə Mahirin telefon danışıqlarını təşkil ediblər. Bu danışıqlardan sonra mən rəsmi olaraq daxili işlər naziri Ramil Usubova və müavini general Zahid Dünyamalıyevə müraciət etmişəm. Bundan sonra banda üzvləri uzun müddət yoxa çıxdılar. Onları gördüm deyən olmadı
Bağla X