Bu gün Türkiyənin Mərmərə Universitetində təhsil müəssisəsinin 135 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib. Bu gün Türkiyənin Mərmərə Universitetində təhsil müəssisəsinin 135 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib.

Azərbaycanlı qadın rəssamdan Ərdoğana hədiyyə - Foto

Bu gün Türkiyənin Mərmərə Universitetində təhsil müəssisəsinin 135 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə təhsil naziri İsmet Yılmaz, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, İstanbul valisi Vasip Şahin, Mərmərə Universitetinin rektoru Mehmet Emin Arat və eləcə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Arat universitetin azərbaycanlı doktorantı, rəssam Tünzalə Məmmədzadənin 3 il ərzində 50 metrlik şəffav ipək üzərində qızılı və gümüşü rəngli boya ilə nəqş etdiyi “Quran-i Kərim”i Ərdoğana hədiyyə edib.