Bu gün ARB efirində "Səhər-Səhər" verlişin aparıcısı Elgiz Əkbər cəmiyyətdə baş verən bir çox cinayətin kökündə dayanan xoşagəlməz hadisəyə toxunub. Bu gün ARB efirində "Səhər-Səhər" verlişin aparıcısı Elgiz Əkbər cəmiyyətdə baş verən bir çox cinayətin kökündə dayanan xoşagəlməz hadisəyə toxunub.

"Hansısa oğlan sevginizdən istifadə edib o sözü deyirsə, üstündən xətt çəkin"

Bu gün ARB efirində "Səhər-Səhər" verlişin aparıcısı Elgiz Əkbər cəmiyyətdə baş verən bir çox cinayətin kökündə dayanan xoşagəlməz hadisəyə toxunub.

AzNews.az Milli.Az-a istinadən xəbər verir ki, aparıcı aldanıb, "tora düşən" qızlara müraciət edib.

Elgizin efirdən etdiyi sözügedən müraciətini təqdim edirik:

"Mən gənc qızları başa düşmürəm. Bunlar sevgiyə görə nələr etmirlər. Evdən oğurluq etmək - valideyinlərinin topladığı pulu aparıb sevgilisinə xərcləyirlər, evdən qaçırlar. Hələ mən onun ağır formalarını demirəm. Bu hiss onları sevginin köləsi edir. Bu keçmişdə də olub. Mən cavan qızlara deyirəm, əgər hansısa oğlan sevginizdən istifadə edib, gəlib sizə deyir ki, "Mobil telefonumda bir-balaca problem var". O söz ki, ağızadan çıxdı ha, onu həmən rədd etmək lazımdır. Şəxsiyyətinə, ata-anasına hörmət edən qız həmən o insanın üstündən xətt çəkməlidir. Görün bu nə qədər yaramaz bir insandır. Sən görürsən ki, o qız safdır. İstifadə etməlisən?! Qız da gəlir evdən oğurluq edib, gedib ona telefon alır. Üstündən bir az keçir: "Bilirsən, maşını vurmuşam". Bilirsiniz, bunlar hamısı yaşanan şeylərdir. Yanıma gəlib danışıb insanlar".