Tərtər rayonunda yaşayış evi uçub. Tərtər rayonunda yaşayış evi uçub.

Tərtərdə yaşayış evi uçub

Tərtər rayonunda yaşayış evi uçub.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

Belə ki, bu gün səhər saatlarında kənd sakini, 1980-ci il təvəllüdlü Anar Əkbər oğlu Abdullayevə məxsus evin bir otağının divarları uçub. Evin bütün əşyaları uçqun altında qalsa da, ailə üzvlərindən xəsarət alan olmayıb.

Ev sahibinin bildirdiyinə görə, ev ötən ilin noyabr ayında baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşüb. Lakin 6 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşamağa məcbur olub.

Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.