- Köhnə - Cəmiyyət
- 16 Yanvar 2018 21:23
- 7 394
BSU-nun yataqxanalarındakı məcburi köçkünlər yeni mənzillərə köçürüləcək
Bakı Slavyan Universitetinin (BSU) yataqxanalarında məskunlaşan məcburi köçkünlər yeni mənzillərə köçürüləcək.
AzNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında universitetin rektoru Nurlana Əliyeva deyib.
Rektor qeyd edib ki, ötən il həmin yataqxanada cari təmir işləri aparılıb: "Bu yaxınlarda bizə belə bir gözəl xəbər verilib ki, yataqxanadakı köçkünlər başqa mənzillərə köçürüləcəklər. Bu isə bizim üçün əlavə imkanlar deməkdir, yəni əcnəbi tələbə və müəllimlərimizin sayını artıra, eyni zamanda, əməkdaşlıq etdiyimiz xarici universitetlərin tələbələri üçün Yay məktəbləri təşkil edə bilərik".