Rusiyanın NTV kanalının Azərbaycan əsilli jurnalisti İradə Zeynalova Moldovaya buraxılmayıb. Rusiyanın NTV kanalının Azərbaycan əsilli jurnalisti İradə Zeynalova Moldovaya buraxılmayıb.

Azərbaycanlı telejurnalist Moldovaya buraxılmadı

Rusiyanın NTV kanalının Azərbaycan əsilli jurnalisti İradə Zeynalova Moldovaya buraxılmayıb.

AzNews.az APA-ya istinadən xəbərə verir ki, bu barədə Moldovanın sərhəd polisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, İ. Zeynalova Moldovaya səfərinin məqsədini təsdiqləyə bilmədiyi üçün geri qaytarılıb: “O, İstanbul-Kişinyov reysi ilə uçub. Pasport yoxlanışı zamanı bildirib ki, onun rəsmi şəxslərlə görüşü planlaşdırılıb, lakin bu görüşləri sənədlə təsdiqləyə bilməyib”.

Məlumatda o da qeyd olunub ki, jurnalist deportasiya edilməyib, Moldovaya girişinə qadağa qoyulmayıb.

İradə Zeynalova ilk Kişinyov-Moskva reysi ilə yola salınıb.