“Gülər Əhmədova ev dustaqlığına buraxılsın“

Milli Məclisin keçmiş üzvü, hazırda həbsdə olan Gülər Əhmədova ilə bağlı rəsmi qurumlara müraciət olunacaq. Bu barədə Modern.az-a eks-deputatın vəkili Eldar Qədimi məlumat verib. Onun sözlərinə görə, Gülər Əhmədovanın səhhətində yaranan ciddi problemlərlə əlaqədar onun ev dustaqlığına buraxılması üçün müraciətin ediləcəyi gözlənilir.

E.Qədimi daha sonra Gülər Əhmədovanın ailə üzvləri ilə görüşüb-görüşməməsi haqda məsələyə toxunaraq buna rəsmi şəkildə icazə verilməli olduğunu deyib.

"Mən mütəmadi olaraq Gülər xanımla görüşürəm. Bu həftə də onunla görüşüm nəzərdə tutulub. Ailə üzvləriniun Gülər Əhmədova ilə görüşdüyü haqda məlumatım yoxdur. Belə bir görüşün baş tutması üçün rəsçmi şəkildə icazə verilməlidir. O ki, qaldı Gülər Əhmədova ilə dövlət qurumlarına müraciət edilə bilər. Bu istisna deyil. Hələlik bu haqda heç nə deyə bilmərəm. Vaxt gələndə açıqlama verəcəyik"-deyə vəkil bildirib.

Xatırladaq ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.

AzNews.az