Şəmkirdə güllələnmə hadisəsini törədən şəxsin kimliyi məlum olub. Şəmkirdə güllələnmə hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Şəmkirdə 26 yaşlı gənci güllələyənin şəxsiyyəti məlum oldu

Şəmkirdə güllələnmə hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisəni törədən şəxs məcburi köçkün, 1991-ci il təvəllüdlü Ramin Kərimovdur. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə bu gün Şəmkir rayonunda mərkəzi bazarın yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Mediyev Mircəlal Əziz oğlu münaqişə zəminində tanışı tərəfindən odlu silahla güllələnib. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

AzNews.az