Bakıda “Kontinental Supermarket”dən 680 manat dəyərində bir şüşə viski oğurlayan şəxslər saxlanılıb. Bakıda “Kontinental Supermarket”dən 680 manat dəyərində bir şüşə viski oğurlayan şəxslər saxlanılıb.

Marketdən bahalı viski oğurlayanlar tutuldu

Bakıda “Kontinental Supermarket”dən 680 manat dəyərində bir şüşə viski oğurlayan şəxslər saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvarın 15-də saat 18 radələrində mağazadan dəyəri 680 manat olan bir ədəd viski içkisi oğurlanıb. Naməlum şəxsin içkini oğurladığı anlar müşahidə kamerasına düşüb.

Viskini oğurlamaqda şübhəli bilinən şəxslər Bakı şəhər sakinləri – 1986-cı il təvəllüdlü Tamerlan Cabbarov, 1980-cı il təvəllüdlü Emin Babayev və 1996-cı il təvəllüdlü Gülnarə İsmayılova saxlanılıb.

Hazırda istintaq davam etdirilir.

AzNews.az