"Bizim icazəmiz olmadan telekanal aça bilməzlər" "Bizim icazəmiz olmadan telekanal aça bilməzlər"

Teleradio Şurasından “İsmayıllı qadağası“

"Bizim icazəmiz olmadan telekanal aça bilməzlər"


"İsmayıllıda yeni telekanalın bizim icazəmiz olmadan açılması qeyri-qanunidir". Bu sözləri Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib. O qeyd edib ki, İsmayıllı rayon İcra Hakimiyyəti tərəfindən onlara belə bir müraciət daxil olmayıb.

"Regional televiziya üçün lisenziya alınması ilə bağlı bizə müraciət olunmayıb. Əgər bizim icazəmiz olmadan kanal açılarsa, bu qanunsuz fəaliyyət olacaq".

Qeyd edək ki, İsmayıllının yeni icra başçısı sahibkarla görüşündə rayonda yeni telekanalın açılacağını və onun gün ərzində iki saat fəaliyyət göstərəcəyini bildirib.

AzNews.az