Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) aksiz markasız siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi və satışı ilə mübarizənin gücləndirilməsi üçün təkliflər hazırlayıb. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) aksiz markasız siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi və satışı ilə mübarizənin gücləndirilməsi üçün təkliflər hazırlayıb.

“Vətəndaşlar ancaq ayda bir dəfə, bir blok siqaret gətirsin” - Təklif

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) aksiz markasız siqaretlərin qanunsuz yolla ölkəyə gətirilməsi və satışı ilə mübarizənin gücləndirilməsi üçün təkliflər hazırlayıb.

Trend-in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yeni təkliflər Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq:

“Bu təkliflər siqaret idxalının müddətinə və həcminə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur. Daha dəqiq desək, biz təklif edirik ki, vətəndaşlar yalnız fərdi istifadə üçün ayda bir dəfə və bir blok siqaret gətirsin”.

Komitə sədri əlavə edib ki, gələcəkdə əlavə məhdudiyyətlərin tətbiq olunacağı da nəzərdə tutulur: “Təkliflərə dəstək veriləcəyi təqdirdə, biz idxala görə yaş məhdudiyyəti də irəli sürəcəyik. İndi məhdudiyyətlər yalnız siqaret satışına şamil edilir”.

AzNews.az