“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının onuncu mövsümü başa çatdı. Yarışlarda respublikanın 15 bölgəsi və 9 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparırdı. “Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının onuncu mövsümü başa çatdı. Yarışlarda respublikanın 15 bölgəsi və 9 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparırdı.

“Nar”ın dəstək olduğu “Brain Ring” yarışlarının builki qalibi “Sumqayıt” komandası olub

“Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının onuncu mövsümü başa çatdı. Yarışlarda respublikanın 15 bölgəsi və 9 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparırdı.

AzNews.az xəbər verir ki, “Brain Ring” intellektual yarışlarında ənənəvi “Bilik” kubokunun qalibi “Sumqayıt” komandası oldu. İlin son “Brain Ring” qarşılaşmasında 2017-ci ilin ilk yarısının qalibi olmuş “İçərişəhər” komandasını da məğlub edən “Sumqayıt” komandası həm də 2017-ci ilin “Brain Ring” çempionu adına layiq görüldü.

“Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilirdi. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə etdilər.