- Köhnə - Cəmiyyət
- 19 Yanvar 2018 20:23
- 3 064
Cocuq Mərcanlıya yeni sakinlər köçürülür
Cocuq Mərcanlıda ikinci mərhələdə evlərin tikintisi artıq başa çatıb.
AzNews.az xəbər verir ki, bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.
K.Həsənov bildirib ki, hazırda suvarma məqsədi ilə çəkilən xətlərlə bağlı bəzi tamamlanma işləri aparılır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib.