Mingəçevir şəhərində yaşlı qadını öküz vurub. Mingəçevir şəhərində yaşlı qadını öküz vurub.

Mingəçevirdə qəssabdan qaçan öküz yaşlı qadını vurdu

Mingəçevir şəhərində yaşlı qadını öküz vurub.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.

Qəssabdan qaçan öküz yoldan keçən 1963-cü il təvəllüdlü şəhər sakini Hüseynova Təranə Yaqub qızına hücum edib və onu vuraraq yerə yıxıb. Başı asfalta çırpılan qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qadının bədən nahiyəsi ilə yanaşı kəllə-beyin travması aldığı məlum olub.