20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar şəhidlər xiyabanında hazırlıq işləri demək olar ki, yekunlaşıb. 20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar şəhidlər xiyabanında hazırlıq işləri demək olar ki, yekunlaşıb.

Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır - Video

20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar şəhidlər xiyabanında hazırlıq işləri demək olar ki, yekunlaşıb.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu gün on minlərlə insan yenidən Şəhidlər Xiyabanına axın edəcək. Bu axına hazır olmaq üçün 4 gündür ki, Xiyabanda ciddi iş gedirdi. Artıq xiyabanın girişində qurulan kompozisiya yekunlaşıb.

Qərənfillər vasitəsilə ərsəyə gətirilən bu kompozisiya 20 rəqəmini sanki insanın beyninə həkk edir. Boynu bükük qərənfil isə o günün dəhşətini gözlər önünə sərir.

Faciənin növbəti ildönümünə 1 gün qalsa da, son iki gündür insanlar Xiyabana ziyarətə gəlirlər. Bu gün səhər saatlarından isə ziyarətçilərin sayı artıb.

Ziyarətə gələnlər arasında şəhid ailələri də var. Onlar faciənin üzərindən 28 il ötməsinə baxmayaraq, 20 yanvar gününü eyni ağrıyla xatırlayırlar.

Əsgər formasında olan bu balacalar hadisənin mahiyyətini tam dərk etməsələr də, hansı səbəbdən bura gəldiklərini yaxşı bilirlər.

Qeyd edək ki, sabah səhər saat 8-dən etibarən xiyaban ziyarətçiləri qəbul edəcək. Ürəyində vətən sevgisi olan on minlərlə insan bura gəlməklə müstəqillik uğrunda can verən bacı-qardaşlarına həmrəyliklərini nümayiş etdirəcəklər.