1990-cı il 20 yanvar faciəsindən 28 il ötür. Xalqımızın hər bir nümayəndəsi kimi sənət adamları da bu günü dərin hörmətlə anır, şəhidlərin qəbirlərini ziyarət edir. 1990-cı il 20 yanvar faciəsindən 28 il ötür. Xalqımızın hər bir nümayəndəsi kimi sənət adamları da bu günü dərin hörmətlə anır, şəhidlərin qəbirlərini ziyarət edir.

“Bu günün acısı, qəhəri kor düyün kimi boğazımdadır”: Flora Kərimova

1990-cı il 20 yanvar faciəsindən 28 il ötür. Xalqımızın hər bir nümayəndəsi kimi sənət adamları da bu günü dərin hörmətlə anır, şəhidlərin qəbirlərini ziyarət edir.

AzNews.az sənət adamlarının 20 Yanvar faciəsi ilə bağlı xatirələrini təqdim edir:

Xalq artisti Flora Kərimova: “Qürurumun aynası xalqım. Hər ilin bu gunu itkisinin olub-olmamasından asılı olmayaraq hamımızın qəlbi göynəyir. Bizi əsl azərbaycanlı edn vətən sevinclərimizlə bahəm göynərtilərimizdir. Bizi həmrəy edən, bizi birləşdirən həm də dərdlərimiz olur. Bu günün acısı, qəhəri indiyədək kor düyün kimi boğazımdadır. Allah millətimi bir daha belə borcumuz olan mərdlik, şərəf və vətəndaşlıq sınağından keçirməsin”.

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Naiba Allahverdiyeva: “Azərbaycan üçün ən dəhşətli bir gecə...Necə-neçə insan qanı axdı... Sevgisi məhv oldu... Həyatı tarı- mar oldu... Analar ağlar qaldı... Gəlinlər qara bağladı...Həmin bu gecə müasir gəncliyə örnək olacaq, vətəni, millət sevən, onun yolunda sinəsini tanklara sipər edən bir gənclik var idi. Sizinlə qurur duyuram. Xöşbəxtəm ki, sizinlə bir dövrdə yaşamışam”.

Prodüser Tolik (Tarix Əliyev): Allah xalqımıza belə faciələr göstərməsin, şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizi qorusun”.

Bahar RÜSTƏMLİ
AzNews.az