İcra başçısına 10 gün vaxt verildi

Dağlıq Lerik rayonunun əhalisi rayon icra hakimiyyəti başçısına mühüm problemlərin həlli üçün 10 gün vaxt verib. Bu barədə facebook şəbəkəsində xüsusi yaradılmış səhifədə bildirilir.

Vətəndaş cəmiyyəti fəalları bildiriblər ki, insanlar Qarabağ şəhidlərinin dəfn edildiyi qəbiristanlıqdan və Cabir Ənsar məqbərəsindən 10-15 metr məsafədə kanalizasiya çəninin tikilməsindən qəzəbləniblər.

Bundan əvvəl kanalizasiya çəninin sözügedən yerdən 2 km məsafədə tikiləcəyi planlaşdırılırdı, amma sonra aydın olmayan səbəblərdən kommunikasiyanın çəkilməsi marşrutu dəyişdirilib.

İra hakimiyyəti başçısından 10 gün ərzində bu problemi həll etmək tələb olunub, əks halda əhali kütləvi iğtişaşlara əl atacaq.

AzNews.az