Bakının Xocahəsən, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb. Bakının Xocahəsən, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

Bakının 3 böyük qəsəbə susuz qaldı

Bakının Xocahəsən, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb.

AzNews.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

A.Cəbrayıllının sözlərinə görə, fasilə magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədardır.

Qurum rəsmisi fasilənin yanvarın 22-si günün birinci yarısına qədər davam edəcəyini bildirib.