Gənclər təşkilatının “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar internet aksiyası trend oldu. Gənclər təşkilatının “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar internet aksiyası trend oldu.

Azərbaycan gənclərinin bu heştəqi trend oldu - Foto

Gənclər təşkilatının “20 Yanvar” faciəsinin ildönümü ilə əlaqədar internet aksiyası trend oldu.

AzNews.az xəbər verir ki, Mərkəzin baş katibi Gülnar Xəlilovanın verdiyi məlumata görə, internet aksiya əsasən “twitter”də keçirilmiş və yanvarın 18-dən 20-dək olan dövrü əhatə edib.

Bütün təbliğat işi #20januaryourproudday həştəqi ilə aparılıb. Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də, ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq idi.

Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyada hashtracking.com,trendmap.com sayğaclarının göstəricilərinə görə ümumilikdə 9400 “tweet” paylaşılıb.

Bununla bərabər gənclər müəyyən edilmiş cədvələ uyğun, növbəli şəkildə 20 Yanvar faciəsinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndəriblər. Akiyada istifadə etmək üçün ingilis, rus, alman,fransız və türk dillərində materiallar hazırlanmış və təbliğat zamanı onlardan istifadə olunub.