Türkmənistan Dəniz Ticarət Donanmasına məxsus RO-RO tipli “Berkarar” gəmisi “Zığ” Gəmi Təmiri və Tikinitisi Zavodunda təmirə dayanıb. Türkmənistan Dəniz Ticarət Donanmasına məxsus RO-RO tipli “Berkarar” gəmisi “Zığ” Gəmi Təmiri və Tikinitisi Zavodunda təmirə dayanıb.

Türkmənistan gəmisi Bakıda təmir olunur

Türkmənistan Dəniz Ticarət Donanmasına məxsus RO-RO tipli “Berkarar” gəmisi “Zığ” Gəmi Təmiri və Tikinitisi Zavodunda təmirə dayanıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (AXDG) AzNews.az-a verilən məlumata görə, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda, hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur.

“Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əsas fəaliyyət istiqaməti AXDG-yə və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, texniki vasitələr hazırlamaqdan ibarətdir.