“Valideynləri tərəfindən xəstəxanaya atılan 5 günlük körpəyə həkimlər Aytac adını qoyublar”. “Valideynləri tərəfindən xəstəxanaya atılan 5 günlük körpəyə həkimlər Aytac adını qoyublar”.

Xəstəxanaya atılan 5 günlük körpənin nənəsi: “Anası doğuşdan çıxıb...”

“Valideynləri tərəfindən xəstəxanaya atılan 5 günlük körpəyə həkimlər Aytac adını qoyublar”.

Bunu AzNews.az-a Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həkimi Aytən Əkbərova valideynlərinin imtina etdiyi 5 günlük körpədən danışarkən bildirib. Onun sözlərinə görə, körpə xəstəxanaya 2017-ci il sentyabrın 25-də daxil olub: “Yoxlama zamanı onda bətndaxili infeksiyalar və bir neçə xəstəlik aşkarlandı. Körpə reanimasiyada olanda nənəsi ondan imtina edib getdi. O vaxtdan bu günə kimi uşaq xəstəxanadadır. Onun sağlamlığı üçün nə lazımdırsa, edilib. Hazırda 4 aylıqdır, vəziyyəti normaldır”.

Aytən Əkbərova qeyd edib ki, Aytac xəstəxanaya təcili qaydada gətirilib: “Yarımçıq, yüksək qızdırmada və s. Yəni biz uşağı qəbul etməyə bilməzdik. Nənəsi bizə bildirib ki, “uşağın anası təzə doğuşdan çıxıb, halı yaxşı deyil. Buna görə də uşağı mən gətirmişəm”. Onların Sumqayıtda tanışları var, körpəni onun vasitəsi ilə gətirmişdilər. Daha nənəsinin nə dərəcədə doğru danışıb-danışmadığını bilmirik. Uşaq xəstəxanada olduğu müddətdə bir dəfə də olsun, onunla maraqlanmayıblar. Biz bununla bağlı əlaqədar qurumlara məlumat verdik. Yəqin ki, yaxın günlərdə uşaq körpələr evinə köçürüləcək”.

Qeyd edək ki, Sumqayıtda xəstə adı altında həkimə gətirilən körpədən valideynləri imtina ediblər. Uşağı Sumqayıt Şəhər Uşaq Xəstəxanasına yoxlama adı ilə gətirən nənə, onu orada qoyaraq gedib və bir daha geri qayıtmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az