Antalyada Gülsüm Kabadayının xəstəxanada yaxınlarından birinə baxarkən tanıdığı, on ildir ona baxmağı öz öhdəsinə götürdüyü və rus olduğu ehtimal edilən "Ümid" adlı şəxsiyyəti bəlli olmayan gənc dünyasını dəyişib. Antalyada Gülsüm Kabadayının xəstəxanada yaxınlarından birinə baxarkən tanıdığı, on ildir ona baxmağı öz öhdəsinə götürdüyü və rus olduğu ehtimal edilən "Ümid" adlı şəxsiyyəti bəlli olmayan gənc dünyasını dəyişib.

Gülsüm ananın Ümidi həyatını itirdi

Antalyada Gülsüm Kabadayının xəstəxanada yaxınlarından birinə baxarkən tanıdığı, on ildir ona baxmağı öz öhdəsinə götürdüyü və rus olduğu ehtimal edilən "Ümid" adlı şəxsiyyəti bəlli olmayan gənc dünyasını dəyişib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Gülsüm Kabadayı Ümidin 10 gündür reanimasiyada olduğunu, son 3 gündə vəziyyətinin kritikləşdiyini açıqlayıb. Onda çoxlu orqan çatışmazlığı baş verib. "Süni nəfəs aparatına bağlı yaşadılırdı. Böyrək çatışmazlığı səbəbindən dializ də edilmişdi. Bu gün səhər saatlarında həkimlər həyatını itirdiyini dedilər." — deyə Kabadayı bildirib.

Ümidə oğlu kimi baxdığını vurğulayan Kabadayı deyib: "Çox təəssüf edirəm. Onun üçün əlimdən gələn hər şeyi elədim, amma xilas edə bilmədik".

Kabadayı Ümidi yaşadıqları Korkuteli rayonunda torpağa tapşırmaq istədiklərini qeyd edib.

2008-ci ilin avqustunda Akdeniz Universitetinin xəstəxanasında müalicə alan bir yaxınına qulluq edən Gülsüm Kabadayı, ağır yol qəzası nəticəsində xəsarət alaraq həmin xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən, şəxsiyyəti bəlli olmayan gənclə maraqlanmağa başlayıb. Xəstəxanada 2 ay ərzində könüllü olaraq həmin oğlana baxan Kabadayı, daha sonra adını Ümid qoyduğu, bütün orqanları iflic olan və yaddaşını itirən bu gənci evinə gətirərək ona sahib çıxıb.

Kabadayı, fiziki xüsusiyyətlərinə və rus dilində səslənən musiqilərə reaksiya verdiyinə görə Ümidin rus olduğunu düşünməyə başlayıb. Ona görə də Kabadayı Rusiyadakı bir televiziya verilişinə qonaq olub və tamaşaçılar tərəfindən ayaqüstə alqışlanıb.

Fədakarlığı ilə dünyanın diqqətini cəlb edən və "illin anası" mükafatını da qazanan Kabadayı Ümidi Samsundakı xüsusi bir reabilitasiya mərkəzinə aparıb. Burada müalicə olunduqdan sonra Ümid oturmağa və başını dik tutmağa başlayıb.

Günlərin birində Rusiyada yayımlanan verilişə çıxan azərbaycanlı İradə Mustafaoğlunun 16 il bundan əvvəl (söhbət 2016-cı ildən gedir-red.) 7 yaşında olarkən qaçırılan "Kənan" adlı oğlunu axtardığını ifadə edib.

Verlişdə Ümidün şəkilləri göstərilib və onun Mustafaoğlunun digər iki oğluna çox bənzədiyi qeyd edilib. İradə Mustafaoğlu verlişdən sonra oğlu olduğu güman etdiyi Ümidi görmək üçün Antalyaya gedib.

Ümidi iflic vəziyyətində görən Mustafaoğlu onu bir ana kimi qoxulayıb və əzizləyib. Ümid də onu görəndə əlini qaldırıb və gülümsəməyə başlayıb. Ümid ilk dəfə yad bir insana belə reaksiya verirmiş. Qadın uzun müddət Ümidin yanından ayrılmayıb və onu qaçırılan oğlunun adı ilə — Kənan deyə çağırıb.

Qadın Rusiyaya qayıdandan sonra da Kabadayı ilə əlaqələrini kəsməyib. Ümid DNT testindən keçirilib, lakin onun Mustafaoğlunun oğlu olmadığı məlum olub. Yayılan xəbərlərdə Ümidin imkanlı bir rus ailəsinin oğlu olduğu ehtimal edilirdi.