“Azərişıq” ASC –nin mənzillərə quraşdırdığı SMART sayğaclarının proqram təminatında problemlər yaranıb. “Azərişıq” ASC –nin mənzillərə quraşdırdığı SMART sayğaclarının proqram təminatında problemlər yaranıb.

Bu rayonlar işıqsız qalıb - Sayğaclarda problem yaranıb

“Azərişıq” ASC –nin mənzillərə quraşdırdığı SMART sayğaclarının proqram təminatında problemlər yaranıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının bir çox yaşayış məntəqələrində ödənişlərin SMART sayğaclarına yüklənməsi mümkünsüz olub. Abonentlər SMART karta ödəniş edilməsi və sayğaca yüklənməsində çətinlik çəkirlər.

Hazırda sayğaclarda yaranan problemlər səbəbindən abonentlərin bəzilərinin mənzili işıqsız qalıb. Ağdam Elektrik Şəbəkəsinin operatorları abonentlərin müraciəti əsasında hazırda sayğacların proqram təminatının yenilənməsini həyata keçirirlər.

“Azərişıq” ASC –nin Ağcabədi Elektrik Şəbəkəsinin rəisi Şahid Tahirov APA-ya açıqlamasında bildirib ki, nasazlıqlar sonuncu dəfə quraşdırılan İran istehsalı olan “PAUD RAAD” SMART sayğaclarında müşahidə olunur. Onun sözlərinə görə, şəbəkənin əməkdaşları hazırda kəndlərdə yaranan problemin həlli ilə məşğuldur.

AzNews.az